Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Ramiz Mehdiyevlə bağlı qərar veriləcək...

"Ramiz Mehdiyevin etdiyi hərəkətlər Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü qalmasına imkan vermir".
Yenixeber.org: Bunu AMEA-nın prezidenti İsa Həbibbəyli deyib.
O bildirib ki, akademiyada Ramiz Mehdiyevin üzvlük məsələsinə baxılacaq və lazımi qiymət veriləcək.
"Bu məsələdə akademiyanın konkret mövqeyi var. Ramiz Mehdiyevin Azərbaycan müstəqil dövlətçiliyinə qarşı etdiyi hərəkətlər, barəsindəki ittihamlar onun akademiyanın üzvü qalmasına qətiyyən imkan vermir. Məsələyə akademiyada baxılacaq və lazimi qərar qəbul ediləcək", - o deyib.
Qeyd edək ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Xatırladaq ki, R.Mehdiyev 2007-ci ilin aprelində AMEA-nın həqiqi üzvü seçilib. O, 2019-2022-ci illərdə akademiyanın prezidenti olub. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam