Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Rusiyada neft bazaları və strateji kimya zavodu dronlarla vuruldu -elektrik enerjisi kəsilib

Rusiyada neft bazalarına və strateji kimya zavoduna dronlarla zərbə endirib
Bu gecə Ukrayna tərəfindən dronlar Rusiyanın bir neçə vilayətinə hücum edib, hücumlara bir neçə neft emalı zavodu və strateji əhəmiyyətli kimya müəssisəsi məruz qalıb.

Yenixeber.org: Bu barədə Astra Telegram kanalıməlumat yayıb.

Kanalının yazdığına görə, Krasnodar diyarında Afipski Neft Emalı Zavodu zərbələr altında qalıb.

Bildirilir ki, hücum zamanı neft emalı zavodu ərazisində partlayış səsləri eşidilib, bundan sonra isə şəhərin bəzi rayonlarında elektrik enerjisi kəsilib. Bu hal onunla izah olunur ki, zavod əsas infrastruktur qovşağı rolunu oynayır və yaxın yaşayış məntəqələri və sənaye obyektləri üçün su təchizatı, çirkab sularının təmizlənməsi və elektrik enerjisinin ötürülməsini təmin edir.

Afipski Neft Emalı Zavodunun layihə üzrə illik emal gücü təxminən 6,25 milyon ton neft təşkil edir. Zavod benzin, dizel yanacağı, qazoyl və vakuum qazoylu, mazut, kükürd və qaz kondensatı distillatları istehsal edir və strateji əhəmiyyətinə görə dəfələrlə Ukrayna pilotsuz aparatlarının hücum hədəfi olub.

Eyni zamanda gecə saatlarında Tula vilayətinin Şekino şəhəri sakinləri də partlayışlar və yanğın barədə məlumat veriblər. Orada yerləşən “Şekinoazot” kimya zavodu yay aylarında artıq Ukrayna dronlarının hücumundan sonra fəaliyyətini dayandırmışdı. Bu müəssisə sənaye kimyası məhsullarının – metanol, kaprolaktam, mineral gübrələr və kükürd turşusunun aparıcı istehsalçısıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam