Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

İsrail Maliyyə Nazirliyi: İranla yeni müharibə ölkə iqtisadiyyatı üçün ciddi nəticələrə yol aça bilər

 

İsrailin Maliyyə Nazirliyinin yüksək vəzifəli rəsmiləri İranla mümkün yeni hərbi kampaniyanın ölkə iqtisadiyyatı üçün ciddi nəticələrə yol aça biləcəyindən dərin narahatlıq ifadə ediblər.

Yenixeber.org xəbər verir ki, bu barədə İsrailin “YnetGlobal” portalı məlumat yayıb.

Rəsmilərin sözlərinə görə, belə bir ssenari ölkə tarixində ən uzunmüddətli müharibənin yaşandığı iki ildən sonra ardıcıl üçüncü il ağrılı büdcə ixtisarlarına səbəb ola bilər.

Rəsmilər xəbərdarlıq ediblər ki, Tehranla döyüşlərin yenidən başlaması müdafiə qurumlarına on milyardlarla şekel xərc tələb edəcək. Bundan əlavə, İsrailin kütləvi raket atəşinə məruz qalacağı təqdirdə, əmlak və infrastrukturun zədələnməsinə görə hökumət milyardlarla şekel həcmində kompensasiya ödəməli olacaq.

Maliyyə Nazirliyinin yüksək rütbəli nümayəndələrindən biri bildirib ki, İranla yeni müharibə iqtisadi baxımdan son dərəcə ciddi şəkildə qiymətləndirilməlidir, iqtisadiyyata dəyən zərər çox böyük ola bilər.

Onun sözlərinə görə, əlavə müdafiə xərcləri və ailələrə, eləcə də bizneslərə həm birbaşa, həm də dolayı zərərlərə görə genişmiqyaslı kompensasiyalar hökuməti üç arzuolunmaz seçim qarşısında qoya bilər: dövlət büdcəsi kəsirinin artırılması; son iki ildə olduğu kimi, 2026-cı il büdcəsi tam təsdiqlənməmişdən əvvəl yenidən büdcə çərçivələrinin pozulması; yaxud nazirliklər üzrə kəskin maliyyə ixtisarları və mümkün yeni vergilərin tətbiqi.

Rəsmilər qeyd ediblər ki, sonuncu variant seçki ilində siyasi baxımdan xüsusilə risklidir və ciddi narazılıqlara səbəb ola bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam