Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

LATIŞ HƏKİM RUSCA DANIŞMADIĞI ÜÇÜN QÜRUR DUYUR –Rus dilinə qarşı qlobal nifrət artır!

 

 Latviya həkimlər cəmiyyətinin vitse-prezidenti, həkim-reanimatoloq, anestezioloq Robert Furmanis “KLUBS” jurnalının saylarından birinin qəhrəmanına çevrilib. Həkim müsahibəsində işi, ailəsi və vətəni Latviyanı necə sevdiyi barədə danışıb. 

Yenixeber.org: Furmanisin söhbətində diqqəti ən çox çəkən məsələ qəbuluna gəlmiş birisinin rus dilində doğum şöbəsini soruşmaq sualına cavab verməkdən imtina etməsi olub. Həkim bunu məhz ona görə edib ki, pasiyent rusca danışıb.

Diqqət edin, bu xəbəri «Sputnik Latviya» agentliyi yayıb. Özəlliyi isə ondadır ki, erməni Marqonun rəhbərlik etdiyi Rusiya agentliyi fəaliyyət göstərdiyi bütün ölkələrdə, o cümlədən, Azərbaycanda KİV kimi yox, məhz Rusiya casus orqanı kimi tanınır.

Furmanisin sözlərinə görə, o, «iliyinə qədər latışdır», hətta üzərində belə yazı olan maykası da var. O, danışıb ki, yaxınlarda Riqadakı “Əzablar” adına xəstəxanada əynində «Rusiya» yazılı futbolka olan bir kişi ona yaxınlaşıb və özünə lazım olan şöbəni tapmaqda kömək istəyib. Sual rus dilində verildiyi üçün həkim «qonaq»la danışmaqdan imtina edib.

«Dünən “Əzablar” xəstəxanasında doğum şöbəsini axtaran bir nəfər mənə yaxınlaşdı. Onun əynində «Rusiya» yazısı olan mayka var idi. Mən, ona dedim: «Günaydın! Bura Latviyadır. Ondan başlayaq ki, latışca danışmalıyıq». O, dönüb getdi» - deyə, həkim danışıb…

Bu epizod ondan xəbər verir ki, rus dili (və ruslar) artıq Rusiya imperializminin girovuna çevrilib. Hətta yaxın qonşuları belə, rusl dilinə də nifrət bəsləməyə başlayıblar. 

Bu istiqamətdə cərəyan edən proseslərin dinamika və miqyasının analizi göstərir ki, lap yaxın gələcəkdə rus dilinə nifrət qlobal xarakter alacaq. Gərəkdir ki, ruslar bunun fərqində olsunlar - Rusiya imperializminə «dur» desinlər…

Mirzə AĞ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam