Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Paşinyanın nəzərdə tutduğu “ağrılı güzəştlər” hansılardır? – Politoloqdan açıqlama

                   

                     "Paşinyan Dağlıq Qarabağın müstəqilliyindən vaz keçir”.

 

Yenixeber.org: Bu sözləri saytımıza açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın erməni xalqı və hökumətinin hətta ağrılı güzəştlərə hazır olduğununu deməsinə münasibət bildirərkən politoloq Məhəmməd Əsədullazadə deyib:

 

"Ermənistanın baş naziri artıq çıxılmaz vəziyyətdə olduğunu anlayır. Ona görə də ağrılı güzəştlərdən danışır. Ağrılı güzəştlər deyəndə yəqin ki, Dağlıq Qarabağ ermənilərinə mədəni muxtariyyətin verilməsini demək istəyir. Belə ki, mövcud vəziyyətdə heç bir başqa siyasi tələbin baş tutmayacağını bilir. Bilir ki, Azərbaycan tərəfinin daha da irəliləməsindən sonra heç mədəni muxtariyət verilməsindən də söhbət getməyəcək”.

 

Həmsöhbətimiz bildirdi ki, bu fikirləri açıqlamaqla Paşinyan sadəcə məsuliyyəti tək olaraq boynuna almaqdan qaçır: "Məsuliyyəti öz üzərindən ataraq xaqla bölüşmək istəyir, özünü sığortalayır. Yəni, həmin açıqlama onun göstəricisidir ki, Paşinyan Qarabağın müstəqilliyindən vaz keçir. Daha doğrusu, Azərbaycan Ordusunun şanlı qələbələri onu buna məcbur edib.

 

Kapitulyasiyaya isə ona görə yox deyir ki, bunun baş verməsi onun hakimiyyətinin sonu olacaq. Bu səbəbdən də ağrılı güzəştlərə "hə” deyir, amma kapitulyasiyaya "yox”.(sfera.az) 

Elçin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam