Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

“Avropa üçlüyü Trampın güzəştləri qarşılığında nüvə sazişini “satıb” –İran XİN başçısı

Böyük Britaniya, Fransa və Almaniya ABŞ Prezidenti Donald Trampın Avropa avtomobillərinə rüsum qoymayacağı vədi qarşılığında İranın nüvə sazişi üzrə Hərtərəfli Birgə Fəaliyyət Planının (HBFP) qalıqlarını “satıb”.

Yenixeber.org: Bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

“Avropa üçlüyü Trampın yeni rüsumlarından yayınmaq qarşılığında HBFP-nin qalıqlarını “satdı”. Belə getməz, dostlar! Siz sadəcə, onun iştahını qıcıqlandırırsınız… Dürüstlüyünüzü satmaq istəyirsinizsə, davam edin. Ancaq yüksək əxlaq və hüquqi əsas nəzərdə tutmayın. Sizdə onlar yoxdur”, – iranlı nazir “Twitter” səhifəsində yazıb.

Xatırladaq ki, dünən “The Washington Post” qəzeti mənbələrə istinadən D.Trampın İranı HBFP-nı pozmaqda ittiham etməyəcəyi təqdirdə Paris, London və Berlini Avropa avtomobillərinə 25% rüsum tətbiq edəcəkləri ilə təhdid edib. İddiaya görə, xəbərdarlıq bu ölkələrin yanvarın 14-də nüvə anlaşması çərçivəsində mübahisələrin həlli mexanizmini işə salmasından bir həftə əvvəl edilmişdi. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam