Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

“Tramp idarəçiliyi kürəkəninə ötürə bilər ”-Senatda impiçment

 

ABŞ Konqresinin Nümayəndələr palatasının kəşfiyyat komitəsinin rəhbəri, demokrat Adam Şiff prezident Donald Trampın Alyaska ştatını Rusiyaya geri qaytarmaq niyyətində olduğunu iddia edib.

Yenixeber.org: Konqresmen Şiff belə iddianı Senatda Trampın impiçmenti prosedurunda səsləndirib, özü də tamamilə ciddi olaraq.

 

“O, növbəti seçkilərdə dəstək almağın əvəzində Alyaskanı ruslara təklif edə bilər və ya daimi əsasla Mar-a-Laqoya köçərək  (Trampın Florida ətrafındakı malikanəsi orada yerləşir) ölkənin idarəçiliyini kürəkəni Cared Kuşnerə ötürə bilər. Və ona səlahiyyət verər ki, İranla müharibəyə başlasın, ya yox”,-Adam Şiff bildirib.

 Trampın barəsində irəli sürülmüş iki ittiham üzrə Senat yekun qərarını sabah fevralın 5-də çıxaracaq. Senatda respublikaçılar çoxluq təşkil etdiyi üçün Trampın vəzifədən kənarlaşdırılması real deyil.

 

 

 “Alyaskanın ruslara qaytarılması planı” isə bu günlərdə rusiyalı telefon xuliqanları Vovan və Leksusun (Vladimir Kuznetsov və Aleksey Stolyarov) ştat qubernatoru Mayk Danlivlə telefon danışığı zamanı gündəmə gəlib. Həmin telefon danışığının “çoxdan baş tutduğu və arxivdə saxlanıldığı” bildirilirdi.  Xuliqanlar özlərini Ukraynanın baş naziri Vladimir Qroyssman və ABŞ-dakı səfiri Valeri Çalovoy kimi təqdim ediblər. Onlar qubernatora xəbərdarlıq ediblər ki, Donald Tramp və Vladimir Putin “gizli pakt” imzalayıblar. Həmin “pakta” əsasən saxta referendumla Alyaskanın Rusiyaya birləşdirilməsi nəzərdə tutulur.

 “Torpaq onların ayaqlarının altında od tutub yanacaq”,-qubernator kədərlə vəd edib və bu “qiymətli informasiyaya” görə “ ukraynalılara” təşəkkür edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam