Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

Xameneinin özü də artıq sevilmədiyi etiraf edib:"Bəziləri məni sevməyə bilər"

  

İran lideri ayətullah Əli Xamenei ABŞ prezidenti Donald Tramp tərəfindən hazırlanan "Əsrin sazişi"ni "axmaq plan” adlandırıb.

Yenixeber.org: Məlumatı İranın dövlət televiziyası yayıb.

Məlumata görə,

 İran inqilabının 41-ci ildönümü münasibətilə paytaxt Tehranda təşkil olunan tədbirdə çıxış edən Xamenei Planın bir neçə cəhətdən uğursuzluğa düçar olacağını söyləyib: "”Əsrin sazişi” nəticəsiz qalacaq axmaq və zərərli bir plandır. Bu plan Trump ölmədən öləcək”.

 

ABŞ-ın fələstinlilər adından verdiyi qərarın "qəbuledilməz" olduğunu vurğulayan dini liderin fikrincə, “amerikalılar və sionistlər onlarla heç bir əlaqəsi olmayan məsələ ilə bağlı razılıq əldə etdilər. Fələstin fələstinlilərdir. Siz kimsiniz ki, Fələstinlə bağlı qərar qəbul edirsiniz?"

 

Çıxışında fevralın 21-də İranda keçiriləcək parlament seçkilərilə danışan Xamenei xalqı ölkənin təhlükəsizliyi üçün seçkiyə çağırıb. O, həmçinin çıxışında İranda artıq sevilmədiyini də etiraf edib:

 

"Bəziləri məni sevməyə bilər. İranı sevirlərsə, ölkənin təhlükəsizliyinə və problemlərin həllinə töhfə vermək üçün səsverməyə qutusuna getməlidirlər".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam