Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

İqbal Ağazadə MSK-nın qərarından danışdı:"Dəlil və sübutlar..."

İqbal Ağazadə də MSK-nın qərarından danışdı: "Dəlil və sübutlar..."

"Çünki, biz sizin səsinizlə qalib gəlmişdik. Həm protokollar, həm də videomateriallar var idi. Dairə və məntəqə seçki komissiyaları da böyük saxtakarlığa imza atıb və bu nəticələri dəyişdirmişdi.

Biz söz vermişdik ki, dairənin nəticələrinin hüquqi yolla ləğvi üçün ciddi mübarizə aparacağıq. 30 məntəqə üzrə hər birinin nəticələri ləğv olundu. Bununla bağlı Baş Prokurorluğa da, MSK-ya da göndərdiyimiz dəlil və sübutlar öz əksini tapdı. Sosial şəbəkə istifadəçiləri bizə ciddi dəstək verdilər, bu faktlar ictimailəşdirildi.

Gələcəkdə nə olacaq, ona baxacağıq. Mən seçkiyə Ümid Partiyasının namizədi kimi gəlmişdim. Partiya bu situasiyanı müzakirə edəcək. Amma bizim üçün təkcə 35 saylı dairə deyil, 20 dairədə də bizim namizədlərimizlə bağlı çalışmalarımız var. Çalışacağıq ki, hüquqi müstəvidə edə biləcəyimiz nə varsa edək. Azərbaycanın demokratikləşməsi naminə qərarlar verəcəyik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam