Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Çin, Rusiya və ABŞ BMT-də islahatların aparılmasını dəstəkləyib -Birgə bəyannamə

Çin, Rusiya və ABŞ təşkilatın qlobal çağırışlara daha effektiv cavab verə bilməsi üçün BMT-də islahatların aparılmasını dəstəkləyiblər.

Yenixeberorg.az xəbər verir ki, bu barədə Şençjendə keçirilən üçtərəfli görüşün yekunlarına əsasən qəbul edilmiş Rusiya, Çin və ABŞ liderlərinin sülh haqqında Bəyannaməsində bildirilib.

"BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq Rusiya, Çin və ABŞ BMT-nin qlobal çağırışlara daha səmərəli reaksiya verə bilməsi və beynəlxalq sülh və təhlükəsizlik sahəsindəki əsas missiyasına uyğun gəlməsi üçün təşkilatın islahatına sadiq olduqlarını ifadə ediblər", - Kreml Bəyannamədən çıxarışları təqdim edib.

Ümumilikdə bəyannamə 4 bənddən ibarətdir.

Bundan əlavə, üç dövlətin liderləri bütün ölkələrin rifahı naminə neft emalı məhsullarının istehsalını və tədarükünü artırmaq barədə razılığa gəliblər, onlar sabit enerji tədarükünün vacibliyini təsdiqləyiblər.

Liderlər qeyd ediblər ki, dövlətlərin razılığı prinsipi və rəsmi şəxslərinin immunitetlərinə riayət olunması fundamental əhəmiyyət kəsb edir. Onlar Beynəlxalq Cinayət Məhkəməsinin və digər analoji strukturların səlahiyyətlərindən sui-istifadə etməməli olduğu ilə razılaşıblar.

Bundan başqa, liderlər təsdiqləyiblər ki, nüvə müharibəsində qaliblər ola bilməz və o, heç vaxt başladılmamalıdır. Bununla əlaqədar olaraq, üç ölkə nüvə risklərinin azaldılması və nüvə silahının yayılmasının qarşısının alınması üzrə dialoq aparacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam