Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Putin Belarusdakı əməliyyata aydınlıq gətirdi

 

 "Belarusda rusların tutulması ilə bağlı hadisə Ukrayna və ABŞ xüsusi xidmət orqanlarının birgə əməliyyatıdır".
Yenixeber.org: Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

"İndi bu aydındır. Bu, xüsusi xidmət orqanlarının aksiyasıdır. Bu insanları Belarusda yerləşdirmək üçün istifadə ediblər. Onlar Belarus ərazisinə sürükləniblər və seçki kampaniyası dövründə vəziyyəti sarsıtmaq üçün mümkün zərbə qüvvəsi kimi təqdim ediliblər.

Əslində onların qarşısında qanuni məqsəd qoyulub, deyildiyi kimi tamamilə qanuni iş üçün üçüncü ölkələrə, Latın Amerikasına, Yaxın Şərqə getməli idilər", - deyə Putin "Rossiya 1" telekanalına müsahibəsində bildirib.

Rusiya lideri qeyd edib ki, həmin şəxslər ora aldadılaraq aparılıb.

"Yeri gəlmişkən, sərhədçilərimiz onları buraxmayıblar. Giriş edə bilməzdilər. Ancaq saxta sənədlərlə daşınıblar. Bu, Ukrayna və ABŞ xüsusi xidmət orqanlarının birgə əməliyyatıdır".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam