Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Berlində yürüş keçirilir-Koronavirus məhdudiyyətlərinə qarşı

 

Berlində COVID-19 epidemiyası ilə bağlı tətbiq edilmiş məhdudiyyətlərə qarşı kütləvi etiraz yürüşü keçirilir.

Yenixeber.org: AFP xəbər verir ki, səhərdən şəhərin məşhur Brandenburq qapısı yaxınlığında toplaşan, aralarında uşaqlı ailələrin də olduğu etirazçılar hərəkətə başlayıblar. Yürüşü 3 min polis müşaiyət edir.

Şəhər polisinin rəisi Barbara Slovik nümayişçilər 1,5 metr ara məsafə və maska taxmaq qaydalarına əməl etməsələr, onları əngəlləyəcəklərini bildirib: “Bizim on minlərlə adamı müşahidə edib infeksiya təhlükəsi altına girməyə nə gücümüz, nə də həvəsimiz var”.

Polisdən verilən məlumata görə, etirazçıların sayı 18 minə çatıb və artmaqda davam edir.

Qeyd edək ki, son günlər Almaniyada koronavirusa yoluxma sayı artaraq aprel ayında qeydə alınmış ən yüksək həddə yaxınlaşır. Belə ki, son 24 saat ərzində ölkədə 1 474 nəfər yoluxub. Bütövlükdə, pandemiya ərzində Almaniyada 240 986 nəfər yoluxub, bunların 9 289 nəfəri ölüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam