Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

"Taliban"ın -12 silahlısı məhv edilib

Talibanın 12 silahlısı məhv edilib

Əfqanıstanın Bəhərək qəzasının Hazara Qarlıq kəndinə ötən gecə endirilən hava zərbəsi nəticəsində 12 nəfər "Taliban" silahlısı məhv edilib.

Yenixeber.org: Müdafiə Nazirliyinin açıqlamasına görə, ölənlər arasında talibançıların “bir neçə komandiri” də var.

Həmçinin mülki sakinlər arasında itkilərə dair iddialara aydınlıq gətirmək üçün əraziyə araşdırma qrupunun göndərildiyi də bildirilir. Belə ki, bundan əvvəl mənbələr hava zərbəsi nəticəsində azı 12 nəfərin öldüyünü və 14 nəfərin yaralandığını, yerli mədrəsə binasının hədəf alındığını bildiriblər. Ölkənin birinci vitse-prezident Əmrullah Saleh sosial media hesabından sözügedən hadisədə uşaqların ölməsinə dair xəbərləri təkzib edib.

Xatırladaq ki, əvvəlki gecə Bəhərək qəzasında polislə "Taliban" dəstələri arasında baş verən toqquşmada rəsmi mənbələrə görə, 50-dək təhlükəsizlik əməkdaşı, o cümlədən əyalət polis rəisinin müavini Rəz Məhəmməd Durandiş ölüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam