Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

“McDonald’s”dan imtina ilə bağlı kampaniya başlayıb-AZƏRBAYCANDA

 

Azərbaycanda fast-fud (ayaqüstü yemək) şəbəkəsini quran “McDonald’s” şirkəti öz sosial şəbəkə hesablarında Vətən müharibəsində ərazi bütövlüyünün bərpa edilməsinə dəstək ifadə edən posterlər paylaşmışdı. Lakin bir müddət sonra ermənilərin təzyiqinə görə həmin postların hamısı silinib. Şirkət əvvəlki postları silməklə “yemək və xoş anlar”dan bəhs edən post paylaşıb, öncəki etdiklərinə görə auditoriyadan üzr istəyib.

Yenixeber.org: Bu məsələ Azərbaycan cəmiyyətində kəskin etirazla qarşılanıb.

Sosial şəbəkələrdə hər kəsin “McDonald’s” şirkətinin məhsullarından imtina edilməsi ilə bağlı çağırış yer alıb. Buna səbəb kimi isə “McDonald’s”ın Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etməsi göstərilib.

Hətta Bakının mərkəzində yerləşən bir “McDonald’s” restoranının qabağında oraya daxil olmaq istəyən şəxslərə məlumat verən könüllülər, onları bu addımdan çəkinməyə, şirkətin təqdim etdiyi fast-fuddan imtina kampaniyasına qoşulmağa çağırıblar. Nəticədə “McDonald’s”ın müştərilərinin sayı kəskin şəkildə azalıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam