Redaktor seçimi
BŞTİ müdirinə daha bir “dost” zərbəsi –
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –
Niyazi Bayramovun kürəkəni ilə bağlı ŞOK İDDİA:
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş –
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Günün xəbəri

ŞOK ARAŞDIRMA: -ötən il 1,67 milyon insan bu səbəbdən ölüb

ŞOK ARAŞDIRMA: ötən il 1,67 milyon insan bu səbəbdən ölüb

Hindistanda hava çirkliliyi ötən il 1,67 milyon insanın ölümünə səbəb olub.

Yenixeber.org: Ölkənin Tibbi Araşdırmalar Şurası, İctimai Səhiyyə Fondu və Boston Kolleci Səhiyyə və Kirliliyə Qarşı Qlobal Müşahidə Şurasının birgə araşdırmasının nəticələri bu istiqamətdədir.

Yekun sənədə əsasən, atmosferin çirkliliyi 36,8 milyard dollar maddi ziyan vurub.

Hindistanda ötən il qeydə alınan ölümlərin 17,8%-i məhz bu faktdan doğub. Maddi ziyan isə ölkənin ümumi daxili məhsulunun 1,36%-nə bərabərdir.

Çirkliliyə yol açan zərərli hissəciklərin səbəb olduğu xəstəlik və ölümlərin ölkənin səhiyyə sisteminə vurduğu ziyan isə 12 milyard dollardır.

Bu fakt ölkə iqtisadiyyatının 2024-cü ildə 5 trilyon dollara çatmasına əngəl olacaq.

Mütəxəssislər bildirir ki, havanın çirkliliyi uşaqların IQ səviyyəsinin aşağı düşməsinə səbəb olur.

Qeyd edək ki, dünyanın ən çirkli havasına sahib 30 şəhərdən 21-i Hindistanda yerləşir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam