Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Qubada şəhidin vəsiyyətinə əsasən yeni doğulan oğluna -onun adı verildi

Qubada şəhidin vəsiyyətinə əsasən yeni doğulan oğluna onun adı verildi

Vətən Müharibəsinin igidlərindən biri, son döyüşündən əvvəl mobil telefonla çəkdiyi videogörüntüdə şəhid olacağı təqdirdə dünyaya gələn oğluna öz adının verilməsini istəyən baş gizir Allahyarov Şahin Hüseynbala oğlunun vəsiyyəti reallaşıb.

Yenixeber.org: Baş gizirin Qusar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində dünyaya gələn oğluna onun adı verilib.

Xəstəxanadan bildirilib ki, çəkisi 3 kq 600 qram olan körpənin və anası Kəmalə Allahyarovanın vəziyyəti normaldır.

Qeyd edək ki, Şahin Allahyarov Quba rayonunun Zizik kəndində doğulub. O, sentyabrın 27-də başlayan Vətən Müharibəsinə könüllü qoşulub. Bir sıra ağır döyüşlərdə şücaətlər göstərən Şahin Allahyarov noyabrın 1-də şəhid olub.

O, son döyüşündən əvvəl çəkdiyi videoda həyat yoldaşı Kəmalə Allahyarovaya son arzusunu "Əgər oğlum olsa, ona mənim adımı qoyarsınız", - deyə bildirmişdi.

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Allahyarov Şahin Hüseynbala oğluna “Vətən Müharibəsi Qəhrəmanı” ad verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam