Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

FHN uşaq təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib -VİDEO

FHN uşaq təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib - VİDEO

Fövqəladə Hallar Nazirliyi uşaq təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.

Yenixeber.org: Müraciətdə bildirilir ki, uşaqların dünyanı kəşf etməyə, öyrənməyə marağı və əyləncə istəyi həm də onların ətrafdakı təhlükələrdən hələ ki, xəbərsiz olması ilə müşayiət olunur. 

Qeyd olunub ki, valideynin nəzarətindən kənar olan uşaqlar real təhlükələrlə üz-üzə qalır, bir sıra hallarda onların sağlamlığı və həyatı təhlükə altına düşür.

Bununla bağlı nazirlik valideyləri mənzillərdə balacaların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu, azyaşlıların küçədə, nəqliyyat vasitələrində, müxtəlif məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam