Ərdoğan ABŞ-ı ittiham edib-terrorçuların arxasında dayanmaqda

"Qərb bunu anlaya bilərmi? İstəyir anlasın istəmir anlamasın. ABŞ PKK-nın Türkiyənin 13 vətəndaşını qətlə yetirməsi ilə bağlı açıqlama verib. Gözümüz aydın. Bəs siz terrorçuların yanında deyildiniz, bəs siz PKKnın yanında deyildiniz, bəs siz YPG-nin yanında deyildiniz, bəs siz PYD-nin yanında deyildiniz. Bal kimi yanındasınız, arxasındasınız".
Yenixeber.org: Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Təəssüflər olsun ki, hər zaman bunu müşahidə etmişik. İraqın şimalına minlərlə TIR tank, ağır hərbi texnika və silah-sursta gətirdilər və onu terrorçulara verdilər. Bizim təhlüksizlik qüvvələriiz həmin terroçurlarla mübarizə aparırlar. İndi artıq məsələdən qaçmaq, ora-bura yozmaq üçün yer yoxdur. Əgər biz sizinlə NATO-da bir yerdəyiksə, dünyada və NATO da bu əməkdaşlığımız davam etdirəcəyiksə, bizə münasibətdə səmimi olmalısınız. Terrorçuların yanında dayanmamlısınız. Əgər hansısa tərəfin yanında dayanmaqdan söhbət gedirsə, bizim yanımızda dayanmalısınız", - o vurğulayıb.









AZ
RU