Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Pensiya hansı hallarda yenidən hesablanır? -RƏSMİ

 

 
Təqaüdə çıxmış şəxsin pensiya məbləğini yenidən hesablamaq üçün əsas olmalıdır. Əgər bu əsas yoxdursa, vətəndaş bizə müraciət etdikdə, ona mövcud pensiya məbləği və hesablanma qaydası məktubda izah olunur.
Yenixeber.org: Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyəti sədrinin müavini Səfər Mehdiyev deyib. O bildirib ki, vətəndaş bəzən özünün hesablamasının daha düzgün olduğunu düşünür və yenidən müraciət edir.

“Pensiya məbləğini hesablamaq üçün başqa əsas olmadığından məcburi eyni cavabı göndəririk. Pensiyaların yenidən hesablanmasına əsas olmalıdır. Birincisi, hər il pensiyaların indeksləşdirilməsi baş verir. Proses avtomatlaşdırılmış qaydada həyata keçirilir. İkincisi, 2019-cu ildə aparılan islahatlara əsasən pensiyaların hesablanması proaktiv qaydada aparılır. Burada 25 il sığorta stajı əsas götürülür. Bəzən vətəndaşın sığorta stajı daha çox olur. Bu zaman vətəndaş yenidən stajı təsdiq edən sənədləri təqdim edir və hesablanma aparılır. 25 ildən artıq staj hissəsi əlavə olaraq hesablanır və üzərinə əlavə edilir. Bəzən bizə təhsil dövrünün staja daxil edilməsi ilə bağlı müraciət edirlər. Bu, 2006-i ildən əvvəlki dövrə aiddir, həmin şəxs əyani təhsil almalıdır. Bundan əlavə, pensiyaya çıxan şəxs hələ də işləyirsə, o, hər 6 ildən bir yığılmış kapitalını hesablatdıra bilər”, - deyə DSMF rəsmisi qeyd edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam