Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Bu virus COVID-19-la səhv salına bilər-XƏBƏRARLIQ

 
 

Türkiyədə yayılan Krım-Konqo hemorragik qızdırması COVID-19-la səhv salına bilər.

Yenixeber.org: Bunu Ankara Universitetinin infeksionisti Güle Çınar deyib.

“Gənələr insana yapışdıqda daxilində olan maddəni insanın qanına boşaldırlar və nəticədə virus orqanizmimizə yoluxur. Gənə dişləyən insanların sağlamlığı 10 gün müddətində nəzarət altında olmalıdır”, - həkim bildirib.

Onun sözlərinə görə, xəstəlik başağrısı, ürəkbulanma, qusma, ishal, əzələ ağrısı, halsızlıq kimi simptomlara səbəb olur. “Hərarət bütün insanlarda dərhal nəzərə çarpmasa da, müddət sonra müşahidə olunaraq orqanizmdə koaqulyasiya sisteminin pozulmasına və qanaxmalara səbəb ola bilər. Əsasən xəstələr daxili qanaxma və ya qanaxmanın kəsilməməsi səbəbindən həyatlarını itirirlər”, - infeksionist vurğulayıb.

Həkim bildirir ki, gənələrin ola bildiyi kənd əraziləri, meşə, pikniyə gedərkən mümkün qədər bağlı geyinmək, gənə yapışdıqda isə onu ya əlcək, ya da salfetlə çıxarmaq lazımdır.

Qeyd edilir ki, ötən həftə ərzində Türkiyənin Artvin vilayətinin Ardanuç rayonunda üç, Tokatda 14, Ərzincanda isə yeddi nəfərə Krım-Konqo hemorragik qızdırması diaqnozu qoyulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam