Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Pentaqon “Xiaomi”nin üzərindən sərmayə qadağasını götürür-RAZILAŞMA

 

ABŞ Müdafiə Nazirliyi və Çinin elektronika nəhəngi “Xiaomi” respublikaçı Donald Trampın prezidentliyi dövründə qəbul edilmiş sərmayə qadağasının şirkətin üzərindən götürülməsi barədə razılığa gəliblər.

Yenixeber.org: Bu barədə məlumatı “Bloomberg” agentliyi məhkəmə sənədinə istinadən yayıb. Sənədə əsasən, tərəflər məhkəməni davam etdirməyə ehtiyac olmadan mübahisənin həllinə imkan verəcək əlavə addımlar barədə razılığa gəliblər. Tərəflər bir sıra şərtlər üzrə danışıqları davam etdirirlər və mayın 20-nə qədər birgə bəyanat verməyi planlaşdırırlar.

Pentaqon bu ilin yanvarında ABŞ-da fəaliyyət göstərən və rəsmi Vaşinqtonun fikrincə, ÇXR hərbi sənayesi ilə əlaqəsi olan Çin şirkətlərinin siyahısını genişləndirib. Siyahıya “Xiaomi” də salınıb. Trampın fərmanına əsasən, ABŞ biznesmenlərinə siyahıdakı şirkətlərə investisiya yatırmaq qadağan edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam