Qonşu ölkədə koronavirus daha 123 nəfərin həyatına son qoydu-Bir sutkada

İranda ötən sutka ərzində koronavirusdan (COVID-19) daha 123 nəfər ölüb.
Yenixeber.org: Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da İranda bu virusdan ölənlərin sayı 83 711 nəfərə yüksəlib.
İranda ötən sutka ərzində həm də 7 034 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 3 157 983 nəfərə çatıb. Virus daşıyıcılarından 3 195 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 2 822 704 nəfər koronavirusdan sağalıb, 23,1 milyondan çox diaqnoz testi həyata keçirilib.









AZ
RU