Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

"Ermənistan" bloku hakimiyyətdən terror və zorakılığı dayandırmağı tələb edib

"Ermənistan" bloku Nikol Paşinyan hakimiyyətini ölkədə zorakılıq rejimi yaratmaqda ittiham edib.

Yenixeber.org: Ermənistan mətbuatı xəbər verir ki, bu barədə blokun yaydığı bəyanatda bildirilir.

Qeyd edilir ki, 20 iyun 2021-ci ildə keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələrinin rəsmi təsdiq olunmasını gözləmədən, müvəqqəti rejimdə işləyən hakimiyyət və onun sözəbaxan köməkçiləri olan icra hakimiyyəti daha çox idarəedilməz olub.

Bəyanatda xüsusi halda deyilir ki, bir çox cinayətlər törətmiş rejim dövlət səviyyəsində siyasi motivlər üzrə açıq təzyiqlərə və terrora keçib.

Hüququn və qanunun diktaturası haqqında danışan, əsas hüquqlara və insan azadlıqlarına qəsd edən rejim çoxsaylı icmaların rəhbərlərin, ağsaqqallar şuralarının üzvlərini, ictimai xidmətçiləri, iqtisadi, mədəni, elmi, maarifləndirici və tibbi sferaların nümayəndələri hədəf seçib. İşdən çıxarılma və başqa hüquqların məhdudiyyəti üzrə qanunsuz hərəkətlər sistematik və kütləvi xarakteri daşıyır.

Blok Baş Prokurorluqdan, istintaq orqanlarından, polisdən və milli təhlükəsizlik xidmətindən siyasi hakimiyyətin cinayətkar davranışını dayandırmağı, aşkarlamağı və məmurları cəzalandırmağı tələb edib. “Ermənistan” bloku həmçinin respublikanın insan hüquqları müvəkkilini fəaliyyətini yüksək qiymətləndirərək, beynəlxalq təşkilatları hüquqların müdafiəsi və insanın azadlıqları sahəsində ölkənin beynəlxalq öhdəliklərinin Ermənistan hakimiyyəti tərəfindən pozulması faktlarına diqqət yetirməyə çağırıb.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam