Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Baş Narkotiklərlə Mübarizə İdarəsi -sosial şəbəkələrdə hesab yaradıb

Baş Narkotiklərlə Mübarizə İdarəsi sosial şəbəkələrdə hesab yaradıb

Baş Narkotiklərlə Mübarizə İdarəsi rəsmi sosial şəbəkə hesabları yaradıb.

Yenixeber.org: DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, sosial şəbəkə istifadəçiləri artıq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin gündəlik fəaliyyətinin nəticələrini ilk mənbədən əldə edə, o cümlədən ictimai əhəmiyyətli maarifləndirici məlumatlarla tanış ola biləcəklər:

"Əksər hallarda sosial şəbəkələrdə paylaşılan qeyri-obyektiv, heç bir əsası olmayan, bəzi hallarda cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi güdən informasiyaların mənfi təsirlərini nəzərə alsaq, hər bir şəxs üçün məlumatların əlçatanlığını və operativliyini təmin etmək bu baxımdan olduqca əhəmiyyətlidir.

Səhifələrdə narkomaniyanın cəmiyyətə və insan sağlamlığına ziyanı, fəsadları və sağlam həyat tərzinin təbliğinin vacibliyi, həmçinin daxili işlər orqanları tərəfindən bu bəlaya qarşı ciddi və qətiyyətli mübarizə aparılması barədə xəbərlərin operativ və obyektiv yayımının təşkili diqqətdə saxlanılır.

Vətəndaşlar aşağıdakı linklər vasitəsi ilə həmin səhifələrə daxil ola və abunə yazılmaqla məlumatları əldə edə bilərlər:

“Facebook” - Baş Narkotiklərlə Mübarizə İdarəsi keçid linki (https://www.facebook.com/bnmi.polisazerbaycan )

“Instagram” – bnmi.polisazerbaycan keçid linki - (https://www.instagram.com/bnmi.polisazerbaycan/ )

“Youtube” - Baş Narkotiklərlə Mübarizə İdarəsi keçid linki - (https://www.youtube.com/channel/UCqJSjze-brBi2M1EEDIfCgg/featured )

“Telegram” - Baş Narkotiklərlə Mübarizə İdarəsi keçid linki - (https://t.me/bnmipolisazerbaycan )

Bir daha sosial şəbəkə istifadəçilərini anti-narkotik təbliğatı işində polis əməkdaşları ilə həmrəy olmağa çağırır, narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər barədə məlumatları olduğu təqdirdə dərhal bizə bildirmələrini xahiş edirik. Həmin şəxslərin anonimliyi qorunacaqdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam