Yenixeber.org: Nazirlər Kabinetinin “2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli qərarına əsasən, Qurban bayramı bu il iyulun 20-si və 21-də qeyd olunacaq. Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” qərarına əsasən, 20 və 21 iyul ictimai nəqliyyat, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırıldığı günlər sırasına daxil deyil. Odur ki, Qurban bayramı günlərində ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılmayacaq.
Ötən il Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat Nazirliyi ilə birlikdə Bakı şəhərində satış yarmarkalar təşkil etmişdi.
Yarmarkalarda ilk dəfə olaraq nazirliyin tabeliyində olan Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisələri MMC-lərdə yetişdirilən xırda buynuzlu erkək heyvanlar satışa çıxarılıb.
Maraqlıdır, bu il qurbanlıq heyvanların satış yarmarkaları hansı ərazilərdə fəaliyyət göstərəcək? Qiymətlərdə hər hansı artım gözlənilirmi?
Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı gözlənilir. Hazırda məsələ hökumətdə müzakirə olunur.









AZ
RU
