ABŞ, Rusiya və Fransa səfirləri Azərbaycan hökumətinin diplomatik korpusla
birgə ikinci Qarabağ müharibəsi zamanı azad edilmiş Şuşa şəhərinə dəvətinə
məhəl qoymayıblar.
ATƏT-in Minsk Qrupu həmsədr dövlətlərinin mövqeyi Azərbaycanda ictimai
etiraza səbəb olub.
Bununla əlaqədar redaksiyamız ABŞ-ın Azərbaycandakı səfiri Earl Litzenbergerdən
sualları cavablandırmasını xahiş edib.
ABŞ səfirliyinin cavablarını oxucularımıza təqdim edirik.
Qeyd edək ki, redaksiya Rusiya və Fransa səfirlərinə də
suallar ünvanlayıb.
- Niyə hökumətin Şuşaya ziyarət dəvətini rədd etdiniz?
- Səfirin cədvəli və ya müəyyən tədbirlərdə iştirak edə bilməməsinin
səbəbləri ilə bağlı detalları şərh etmirik.
Qeyd etmək istərdik ki, cümə günü Bakıda Füzuli və Şuşaya gedə
bilməyən bir
sıra diplomatik nümayəndəliklərin nümayəndələri var idi.
- ABŞ Rusiyaya qarşı müxtəlif sanksiyalar tətbiq edir. Niyə ABŞ
Dağlıq Qarabağ
məsələsində Rusiyanın konsolidasiya edilmiş mövqeyi ilə
həmrəy davranır?
- ABŞ 2014-cü ildə Rusiyaya qarşı Ukrayna ərazilərini işğalı,
zərərli kiber fəaliyyətlər və
terrorla mübarizə əməliyyatları, insan alveri, silah yayılması
və digər zərərli fəaliyyətlərə görə
sanksiyalar tətbiq etdi.
ABŞ Rusiya ilə qarşıdurma axtarmır. Rusiyanın daha sabit və
proqnozlaşdırılan ikitərəfli
münasibətlər qurmağımızı təmin edəcək qaydalara əsaslanan
beynəlxalq öhdəlik modelinə
qayıdacağı günü səbirsizliklə gözləyirik. ABŞ sanksiyalar, silahların
azaldılması və iqlim dəyişikliyi
kimi qarşılıqlı və qlobal maraq kəsb edən məsələlərdə Avropada
Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatının (ATƏT) Minsk qrupunun həmsədrləri olaraq Rusiya ilə
əməkdaşlığı istisna etmir.
- Niyə Minsk Qrupunun üç həmsədri - ABŞ, Rusiya və Fransa səfirləri eyni
mövqedən çıxış edərək
9 iyulda Şuşaya səfər dəvətini rədd etdilər?
- Səfirimizin cədvəlinin təfərrüatlarını şərh etmirik. Digər səfirliklərlə bağlı
ətraflı məlumat üçün
Fransa və Rusiya səfirləri ilə əlaqə saxlamağınızı tövsiyə edirik.(haqqın.az)