Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Bayden öz silahdaşını Türkiyəyə səfir təyin etdi –Keçmiş senator Cef Fleyk Ankaraya göndərildi

ABŞ prezidenti Co Bayden Respublikaçılar partiyasından olan keçmiş senator Cef Fleyki ABŞ-ın Türkiyədəki səfiri vəzifəsinə təyin edib.

Yenixeber.org: Bu barədə iyulun 13-ü-gecə saatlarında “Reuters” Agentliyi məlumat yayıb.

Qeyd edək ki, bu təyinat ABŞ-Türkiyə münasibətlərinin gərildiyi bir dövrə təsadüf edir.

“ABŞ-ın NATO-da əzəli müttəfiqi olan Türkiyə ilə münasibətlərinin strateji əhəmiyyətini nəzərə alaraq, Prezident Baydenin bu təyinatla mənə göstərdiyi etimaddan qürur duyuram.Bu vacib bir dönəmdə hər iki ölkə üçün mühüm bir postdur”-deyə o vurğulayıb.

2013-2019-cu illərdə Arizona ştatından senator olmuş Fleyk, keçmiş prezident Donald Trampın ən aktiv tənqidçilərdindən biridir.

Türkiyənin Rusiyadan S 400 raket kompleksləri alması, Suriya münaqişəsi və Aralıq dənizi hövzəsi ilə bağlı siyasi fikir ayrılıqları da daxil olmaqla, son bir neçə ildir ki, Vaşinqtonla Ankara arasında xeyli problem yaşanır.

“Reüters” yazır ki, Co Bayden Türkiyəyə ilə münasibətlərdə əvvəlki prezident Donald Trampdan daha soyuq tonda davranır. Amma hər iki ölkənin liderləri ötən ay Brüsseldə keçirdikləri təkbətək görüşdə, ikitərəfli münasibətlərin perespektivinə nikbin yanaşdıqlarını bəyan elədilər. Qeyd edək ki, Türkiyə NATO-da ABŞ-ın ən vacib tərəfdaşlarından biridir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam