Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

"IATA Travel Pass" -Azərbaycanda da tətbiq oluna bilər

IATA Travel Pass Azərbaycanda da tətbiq oluna bilər

Gələn ay "Azərbaycan Hava Yolları" QSC (AZAL) Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) “IATA Travel Pass” adlı mobil səyahət tətbiqini iki istiqamət üzrə sınaqdan keçirəcək.

Yenixeber.org: Bu barədə aviaşirkətin mətbuat xidməti xəbər verir.

Məlumata görə, smartfona yüklənən “IATA Travel Pass” sahibinin səhhətinə dair, o cümlədən koronavirusa qarşı peyvənd olunması və test keçməsi barədə məlumatları özündə cəmləşdirir. Bu tətbiqi yükləyənlər təyyarəyə minməzdən öncə müvafiq yoxlamalara daha az vaxt sərf edirlər.

Tətbiq ilk olaraq Bakı – İstanbul – Bakı, Bakı – Moskva – Bakı reyslərində sınaqdan keçiriləcək. Həmçinin sınaq dövründə sözügedən tətbiqi yükləyən “AZAL Miles” bonus proqramının iştirakçılarına əlavə mil hesablanacaq.

AZAL ilə IATA arasında “IATA Travel Pass” tətbiqinin işlənməsinə dair danışıqlar may ayında aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam