Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Ermənistanla atəşkəs o vaxta kimi pozulacaq ki...

Ermənistanla atəşkəs o vaxta kimi pozulacaq ki...

“Atəşkəs hər gün pozulur. Bunda qeyri-adi heç nə yoxdur. Çünki Ermənistanla məsələlərimiz hələ bitməyib”.

Yenixeber.org:  Bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, qarşı tərəf də ona görə atəş açır ki, bununla guya müqavimət gücünün mövcud olduğunu bizə sübut etməyə çalışır. 

“Biz də bu təxribatlara kifayət qədər reaksiya veririk. Müharibədən əvvəl verdiyim müsahibələrdə Azərbaycanın atəşkəsə riayət etməsinin maraqlarımıza cavab vermədiyini bu cümlə ilə izah edirdim: “Nə qədər ki, torpaqlarımız işğal altındadır, düşmən təzyiq altında olmalıdır. Əbədiyyətə qədər atəşkəsə riayət edəcəyimiz kimi öhdəliyimiz yoxdur, olmamalıdır”.

Müharibə etdik, torpaqlarımızın böyük qismini azad etdik, ancaq hələ görəcəyimiz işlər var. Atəşkəsə o zaman tam riayət olunacaq ki, biz Qarabağa və Laçın dəhlizinə tam nəzarət edək, Qazaxın 7 kəndi, Naxşıvanın 1 kəndi geri qaytarılsın, Zəngəzur dəhlizi işə düşsün və nəhayət iki dövlət arasında bir-birinin ərazi bütövlüyünü tanıyan sülh sazişi imzalansın. 

Bütün bunlar reallaşmayana qədər bölgədəki gərginlik azalmayacaq və atəşkəs pozulmaqda davam edəcək. Qarşı tərəf atəş açırsa, deməli həm Ermənistan hakimiyyətini, həm də Qarabağ separatçılarını daima təzyiq altında saxlamalıyıq. Qarabağdakı ermənilər də anlamalıdırlar ki, separatçı rejimdən qurtulmasalar və Azərbaycan qanunlarına tabe olmasalar onları da torpaqlarımızda rahat həyat gözləmir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam