Ermənistan ordusunun qidalanmasından narazılıq var

Ermənistanın müdafiə naziri Arşak Karapetyan idarədə keçirilən iclasda orduya verilən ərzaq məhsullarının keyfiyyətsizliyinə görə narazılıq bildirib.
Yenixeber.org: Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Erməni nazirinə aşkarlanan problemlər və məhsulların müqavilələrdə göstərilən tələblərə uyğun olmaması barədə məlumat verilib.
Nazir hərbi polisə yeməkxanalarda və ərzaq anbarlarında vəziyyəti gündəlik nəzarətdə saxlamağı və pozuntulara yol verən şirkətlərə qarşı bütün mövcud hüquqi mexanizmlərdən istifadə etməyi tapşırıb.









AZ
RU