Doğuş zamanı ana ölüb-Cəlilabadda
Cəlilabad rayonunda doğuş zamanı ana ölümü baş verib.
Yenixeber.org: Hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb.
İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Onun övladı isə sağdır.
Mərhumun ailəsi övladlarının ölümündə həkim səhlənkarlığının olmasını iddia edirlər.
Faktla bağlı araşdırma aparılır.









AZ
RU
