Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Bu qüvvələrdən Türkiyəyə qarşı ŞOK HƏMLƏ: -Gizli plan ÜZƏ ÇIXDI

Bu qüvvələrdən Türkiyəyə qarşı ŞOK HƏMLƏ: Gizli plan ÜZƏ ÇIXDI

Türkiyə Silahlı Qüvvələrinin ölkə daxilində və sərhəddə keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində böyük zərbə vurulan PKK/YPG terror təşkilatının sülh və təhlükəsizliyə əngəl yaratmaq üçün hücumlarını artırması ilə yanaşı, yeni çirkin planlar hazırladıqları da üzə çıxıb.

Yenixeber.org: Türk mediasının yaydığı xəbərdə qeyd olunur ki, terrorçular ölkə əhalisinin təxminən 10 faizini təşkil edən Suriyadakı xristianlara sıx məskunlaşdıqları bölgələrə və kilsələrə yönəlik artilleriya, hava hücumları təşkil edərək günahı türk qoşunlarının üzərinə atmağı planlaşdırırlar.

Xristian vətəndaşlara və onların ibadət yerlərinə hücum etməklə diqqəti başqa istiqamətə yönəltməyi hədəfləyən terror təşkilatının yazılı və sosial mediadan da istifadə edərək Türkiyəni beynəlxalq aləmdə çətin vəziyyətə salmağı planlaşdırdığı bildirilib.

Digər tərəfdən, bölgədəki mənbələr vətəndaş müharibəsindən əvvəl sayı 2 milyonu keçən Suriyadakı xristian əhalinin sayının İŞİD və PKK/YPG terror təşkilatının həyata keçirdiyi hücumlar səbəbilə 677 minə qədər azaldığını qeyd ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam