"Taliban"dan ABŞ-a XƏBƏRDARLIQ
""Taliban" ABŞ-ı pilotsuz uçan aparatların Əfqanıstanın hava məkanına qanunsuz daxil olmaqda ittiham edib.
Yenixeber.org: Müvafiq bəyanat bu gün hərəkatın nümayəndəsi Zabihullah Mücahidin tviter səhifəsində dərc edilib.
Məlumatda deyilir ki, ABŞ pilotsuz təyyarələrini hava sahəmizə göndərməklə "Əfqanıstan İslam Əmirliyi"nin suverenliyini və beynəlxalq hüquq normalarını pozub:
"Belə halların qarşısı alınmalıdır. Biz ABŞ -ı "Taliban" və Vaşinqton arasında" imzalanan Doha razılaşmalarına riayət etməyə çağırırıq. Əks təqdirdə, bunun nəticəsi ola bilər".









AZ
RU
