Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Azərbaycanın turizm məhsulları -Rusiyada təbliğ olunub

Azərbaycanın turizm məhsulları Rusiyada təbliğ olunub

1-2 oktyabrda Azərbaycan Turizm Bürosunun işgüzar proqramın tərəfdaşı qismində iştirak etdiyi Rusiyanın Yekaterinburq şəhərində keçirilən “Expotravel 2021” beynəlxalq turizm sərgisində ölkəmizin turizm imkanları təbliğ edilib.

Yenixeber.org: Bu barədə Dövlət Turizm Agentliyi xəbər verir.

Sərgidə iştirakın məqsədi Azərbaycanın turizm məhsullarını Rusiyanın ən böyük vilayətlərindən olan Sverdlovsk sakinlərinə təqdim etmək, həmçinin Yekaterinburq şəhərində fəaliyyət göstərən turizm şirkətləri ilə tərəfdaşlıq əlaqələrini formalaşdırmaq olub.

Tədbirdə aktiv istirahətə həsr edilən plenar görüş keçirilib, habelə “TASS-URAL” media mərkəzinin təşkil etdiyi mətbuat konfransında, eləcə də Yekaterinburqun yerli televiziya kanalının səhər proqramında (

https://bit.ly/2YieFyf

) Azərbaycanın turizm imkanları haqqında geniş məlumat verilib.

Bundan əlavə, Azərbaycanın müalicəvi kurortlarına və dag-xizək mərkəzlərinə həsr edilmiş 2 prezentasiya təşkil olunub.

1999-cu ildən etibarən keçirilən “Expotravel 2021” beynəlxalq turizm sərgisində bu il 15 ölkə iştirak edib və sərgini 4 500-ə yaxın şəxs ziyarət edib.

Qeyd edək ki, cari ilin 10 iyunundan etibarən Rusiya Federasiyası vətəndaşları hava yolu ilə Azərbaycan ərazisinə müəyyən edilmiş şərtlərlə səfər edə bilirlər.

Fotolar “TASS-URAL” media mərkəzinin fotoqrafı Vladislav Burnaşevə məxsusdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam