Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Sahibə Qafarova beynəlxalq təşkilatların -“Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlətməsinə etiraz edib

Sahibə Qafarova beynəlxalq təşkilatların “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlətməsinə etiraz edib

Milli Məclisin sədri Sahibə Qafarova Afinaya işgüzar səfəri çərçivəsində ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfelt ilə görüşündə beynəlxalq qurumların təmsilçiləri tərəfindən “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin işlədilməsinə etiraz edib.

Yenixeber.org: Azərbaycan parlamentinin sədri “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə istinad etməyin yolverilməz olduğunu bildirib.

S.Qafarova qeyd edib ki, Azərbaycan ötən il 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə öz ərazi bütövlüyünü bərpa edib. Bununla da ölkəmiz həm də BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini özü yerinə yetirib. Artıq Dağlıq Qarabağ münaqişəsi həmişəlik tarixə qovuşub. Azərbaycan və region üçün yeni mərhələ başlayıb. Bu, bərpa və quruculuq mərhələsidir.

O diqqətə çatdırıb ki, bu ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib. Bu Fərmana əsasən, iki yeni rayon - Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam