Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Polkovnik -mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib

Polkovnik mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib

"Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işğaldan azad edilən ərazilərdə öz işlərini layiqincə yerinə yetirirlər".

Yenixeber.org: Bunu nazirliyin "N" saylı hərbi hissəsinin komandiri, polkovnik Əbülfəz Süleymanov deyib.

O bildirib ki, qarşıya qoyulan tapşırıqlar uğurla həyata keçirilir: "İşimizin ağır olmasına baxmayaraq, fəaliyyətimizi layiqincə həyata keçiririk. Hava şəraitindən asılı olmayarq torpaqlarımızın minalardan və partlamamış mərmilərdən təmizlənməsi üçün əlimizdən gələni edirik".

Ə.Süleymanovun sözlərinə görə, FHN əməkdaşları hazırda Füzuli və Ağdam rayonları ərazisində su hövzələrinin minalardan təmizlənməsinə cəlb edilib: "Su hövzələrinin minalardan təmizlənməsi böyük əhəmiyyət kəsb edir. Məqsədimiz vətəndaşlarımız tezliklə geri qayıtdıqdan sonra onların kənd təsərüffatı işləri ilə rahat şəkildə məşğul olmalarına şərait yaratmaqdır".

Polkovnik vətəndaşlara çağırış edib: "Xahiş edirəm ki, minalardan təmizlənməyən ərazilərə daxil olmasınlar".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam