Redaktor seçimi
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Muzey direktoruna "DUR" deyən olacaqmı?! -
Günün xəbəri

Azərbaycana “Aurus” gətirilib-FOTO

Rusiya “Aurus” markalı lüks avtomobillərin ilk partiyasını ixraca yönəldib. Bu avtomobillər Bəhreyn, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinə göndərilib.

Yenixeber.org: Bu haqda Rusiyanın sənaye və ticarət naziri Denis Manturov Dövlət Dumasında ölkədə avtomobil istehsalının artması haqda danışarkən bildirib. Azərbaycana neçə "Aurus" göndərildiyi haqda məlumat verilmir.

Nazir deyib ki, “Aurus” avtomobillərini Yaxın Şərqin və Şimali Afrikanın 19 ölkəsinə satmaq planlaşdırılır. Manturovun sözlərinə görə, “Aurus” avtomobillərinin ağır versiyası Rusiyanın “NAMİ” dövlət elmi mərkəzində yığılacaq. Bu markadan olan ciplərin seriya istehsalı isə 2022-ci ildən Alabuqadakı “Sollers” zavodunda başlayacaq.

“Aurus” Rusiyada “Putinin limuzini” kimi tanınır və ilk dəfə bu ölkə prezidentinin özü və onu müşaiyət edən şəxslər üçün hazırlanıb. Daha sonra avtomobillərin seriya istehsalı başlayıb. “Aurus” seriyasından olan “Aurus Senat” avtomobilinin Rusiyada qiyməti 320 min dollara yaxındır, ixrac versiyasının qiyməti isə təchizatından və sifarişçinin istəyindən, avtomobilin zireh təbəqəsi ilə örtülməsindən  asılı olaraq 1 milyon dollara qədər ola bilər.

Bu avtomobillər şübhəsiz ki, xüsusi sifariş əsasında təchiz edilir, amma Azərbaycandan "Aurus" sifairş verənlər haqda məlumat yoxdur. Yəqin ki, yaxın vaxtlarda həmin avtomobilləri Bakı küçələrində görmək mümkün olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam