Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Prezident:“Azərbaycan-Rusiya münasibətləri çox dinamik inkişaf edir”

Prezident: “Azərbaycan-Rusiya münasibətləri çox dinamik inkişaf edir”
“Azərbaycan və Rusiya arasında münasibətlər çox dinamik inkişaf edir”.

Yenixeber.org: Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə Moskvada keçirilən görüş zamanı bildirib.

“Biz daimi əlaqədəyik, telefonla əlaqə saxlayırıq və təbii ki, şəxsi görüşlər hər zaman xüsusi əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında son dərəcə vacib sənədin imzalanması öncəsi isə bu, xüsusilə önəmlidir.

Bunun, sizin də qeyd etdiyiniz kimi, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu bir zamanda baş verməsi simvolik xarakter daşıyır. Düşünürəm ki, bu sənəd ölkələrimiz, qarşılıqlı münasibətlərimiz, həmçinin regional təhlükəsizlik üçün birmənalı olaraq müsbət əhəmiyyət kəsb edəcək”, - dövlət başçısı deyib.

Prezident İlham Əliyev Azərbaycanın iki ölkə arasında yaranmış mehriban qonşuluq münasibətlərini yüksək qiymətləndirdiyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam