Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Çernobıl AES-dən NARAHATLIQ-Döyüş təyyarələri zərər verir

Rus əsgərlərinin nəzarətində olan Çernobıl Atom Elektrik Stansiyasında vəziyyət daha da pisləşir. Mütəxəssislər stansiyaya elektrik enerjisi verilməsə, Çernobıl yenidən nüvə fəlakətinin mərkəzinə çevrilə biləcəyindən narahatdırlar. 

Yenixeber.org: Xatırladaq ki, nüvə tullantıları anbarı kimi istifadə olunan obyektin martın 9-da elektrik enerjisi kəsilib. Ehtiyat generatorların da yanacağı tükənir.

Qlobal təhlükəsizlik üzrə alim Ed Lyman AES-dəki vəziyyətin belə davam etməsinin təhlükələrindən danışıb: "Soyuducu nasoslara elektrik enerjisi verilmədikdə, işlənmiş yanacaq hovuzu isinməyə başlayacaq. Su qaynayaraq yanacaq çubuqlarını açıb radioaktiv qaz buraxacaq".

Lyman bildirib ki, əvvəllər stansiyanın girişində, radiasiya nəzarət məntəqəsində insanların bədənlərində nüvə çirklənməsi yoxlanılır, rus əsgərləri isə istədikləri kimi əraziyə girib-çıxırlar.

“Middlebury” İnstitutunun nüvə fizikası mütəxəssisi Ferenc Dalnoki-Verress də elektrik stansiyasının üzərindən yüksək sürətlə keçən döyüş təyyarələrinin reaktorlara zərər verdiyini açıqlayıb.

Dalnoki-Verress qeyd edib ki, yüksək sürətin yaratdığı vibrasiya yanacaq hovuzuna zərərli təsir göstərir. Alim həmçinin nüvə obyektinə bir raket və ya təyyarənin düşməsinin də böyük təhlükə yaradacağını ifadə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam