Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

"NATO bizi qəbul etmək istəmir”

 Ukraynada müharibənin bitmə vaxtını proqnozlaşdırmaq çətindir və bu, “dərin, ağrılı məsələdir”, lakin xalq qələbədən başqa heç bir başqa nəticəni qəbul etməyəcək.

Yenixeber.org: Bunları ”Fox News”a müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Aparıcının prezidentin sülh sazişinin imzalanması naminə Rusiyaya ərazi güzəştlərinə hazır olub-olmaması ilə bağlı sualını cavablandıran Zelenski bunun baş verməyəcəyini deyib.

"Biz ərazimizlə alış-veriş etmirik. Ərazi bütövlüyü və suverenlik məsələsi müzakirə olunmur", - Prezident vurğulayıb.

Zelenski deyib ki, Ukrayna dünyanın aparıcı ölkələrindən dövlətin təhlükəsizliyinin müqavilə ilə qorunacağına dair öhdəliklər gözləyir.

O, həmçinin Ukraynanın NATO-ya faydalı əlavə olacağına dair əminliyini təsdiqləyib.

"NATO haqqında danışmaq bizim üçün çətindir, çünki NATO bizi qəbul etmək istəmir. Məncə, bu səhvdir, çünki NATO-ya daxil olsaq, alyansı daha da gücləndirəcəyik. Zəif dövlət deyilik. NATO hesabına gücləndirməyi təklif etmirik. Biz əlavəyik, biz lokomotivik”, - dövlət başçısı bildirib.

Zelenski əlavə edib ki, ABŞ Prezidenti Co Baydenlə söhbətində Amerika liderinə bildirib ki, o, Birləşmiş Ştatların Rusiya ilə yenidən müharibə ehtimalını aradan qaldırmaq üçün Ukraynaya uzunmüddətli dəstək verəcək təhlükəsizlik zəmanəti müqaviləsinə daxil olmasını istəyir. Amerikalı həmkarı ABŞ-ın bu təklifi nəzərdən keçirdiyini söyləyib.

"Sadəcə bizə raketlər verin, təyyarələr verin, bizə F-18, F-19 və ya hər hansı bir şey verə bilməzsiniz, köhnə sovet təyyarələrini verin. Vəssalam. Onları mənə verin. Mənə ölkəmi müdafiə etmək üçün bir şey verin", - Zelenski əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam