Azərbaycanda “Sosial sahibkarlıq haqqında” yeni qanun qəbul edilə bilər

Azərbaycanda “Sosial sahibkarlıq haqqında” yeni qanun qəbul edilə bilər.
Yenixeber.org: Bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.
Onun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, sosial sahibkarlığın inkişafının stimullaşdırılması qanunvericiliyin təkmilləşdirilməsi ilə müşayiət olunmalıdır: "Bu məqsədlə, ilk növbədə, ölkəmizdə “Sosial sahibkarlıq haqqında” qanunun qəbul edilməsi məqsədəuyğun olardı. Hesab edirik ki, qanunda “sosial sahibkarlıq” anlayışı təsbit edilməli, sosial müəssisələrin yaradılması və fəaliyyətinin əsas prinsipləri, təşkilati-hüquqi formaları, hər bir fəaliyyət istiqamətinə aid tələblər və s. öz əksini tapmalıdır".









AZ
RU