Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Prezident “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair sənədi təsdiqləyib

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edib.

Yenixeber.org: Sənəd 2019-cu il oktyabrın 10-da Bakı şəhərində imzalanıb.

Sənəddə qeyd edilib ki, göndərən ölkə (GÖ) “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təlimində iştirak edəcək şəxsi heyətinə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi peyvəndlərin ev sahibi ölkəyə (ESÖ) girişdən əvvəl vurulmasını təmin edəcək. Bu məqsədlə ÜST-ün müəyyən etdiyi vurulan peyvəndlərin qeyd olunduğu standart peyvənd kitabçaları şəxsi heyətin üzərində olur.

Anlaşma Memorandumu çərçivəsində hər hansı fəaliyyətin həyata keçirilməsinə qadir olması üçün GÖ-nün şəxsi heyəti sağlamlıq baxımından yararlı olmalıdır. ESÖ tərəfindən sağlamlıq baxımından yararlılığı bildirən tibbi arayış tələb olunur.

Sənəddə o da vurğulanıb ki, ev sahibi ölkə (ESÖ) yaralanma və ya ölüm halında göndərən ölkəni (GÖ) məlumatlandırır. Ölüm halında ESÖ GÖ-nün qaydalarına riayət olunmasını təmin etmək üçün meyitlə bağlı prosedurların aparılmasından və ya yarılmadan əvvəl GÖ ilə koordinasiya edir. GÖ-nün təmsilçisi (mümkünsə həkim) yarılma zamanı iştiraketmə və yekun yarılma raportunun bir nüsxəsini əldəetmə səlahiyyətinə malikdir.

Bundan əlavə, cənazə yarılmanın başa çatmasından sonra daşınması üçün dərhal GÖ-yə təhvil verilir. Bu halda ESÖ münasib daşıma vasitələrini təmin edir. Xəstənin və ölüm halında cənazənin GÖ-yə göndərilməsi ilə bağlı bütün xərclərə görə GÖ cavabdehdir.

Qəzalar/insidentlər baş verdiyi halda, meyitin geri göndərilməsindən irəli gələn bütün xərclər GÖ-nün cavabdehliyində olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam