Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna xalqını Pasxa bayramı münasibətilə təbrik edib.
Yenixeber.org: Dövlət başçısı Müqəddəs Sofiya kilsəsindən xalqa müraciət ünvanlayıb.
Prezident Administrasiyasının saytında dərc olunan videomüraciətdə Zelenski bütün vətəndaşları özlərinin, yaxınlarının və Ukraynanın qayğısına qalmağa çağırıb.
“Ukrayna Allahdan yalnız bir şey istəyir – sülh və firavanlıq. Pasxa bayramında biz Allahdan böyük arzumuzu gerçəkləşdirmək üçün böyük lütf diləyirik – bu, daha bir böyük gündür, Ukraynaya böyük sülhün gələcəyi gündür. Və bununla da – əbədi harmoniya və firavanlıq. Özünüzün qayğınıza qalın. Yaxınlarınızın qayğısına qalın. Ukraynanın qayğısına qalın! Məsih dirildi! Həqiqətən dirildi!”.(UNİAN)









AZ
RU
