Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Brüsseldə Gürcüstan-NATO hərbi əməkdaşlığı müzakirə edilib

Gürcüstanın Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Giorgi Matiaşvili Brüsseldə NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauerlə görüşüb.

Yenixeber.org: Bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

Tərəflər NATO və Gürcüstan arasında hərbi əməkdaşlığın, həmçinin gələcək prioritetlər və perspektivlərin müzakirəsini aparıblar.

Görüşün əsas müzakirə mövzusu regionda təhlükəsizlik vəziyyəti, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləsi olub. Tərəflər Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstək, Ukrayna xalqına həmrəylik ifadə ediblər və Rusiyanın hərəkətlərini pislayiblər.

G.Matiaşvili NATO admiralını Gürcüstan Müdafiə Qüvvələrində gedən transformasiya prosesi, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üzrə uzunmüddətli inkişaf planı barədə məlumat verib. Qeyd edilib ki, bu plan NATO ilə əməkdaşlığın bütün praktik mexanizmlərindən istifadəni nəzərdə tutur və Gürcüstan Müdafiə Qüvvələrinin imkanlarının artırılmasına yönəldilib.

Görüşdə Gürcüstanın NATO-nun rəhbərlik etdiyi beynəlxalq sülhməramlı əməliyyatlara böyük töhfəsi vurğulanıb və Gürcüstan tərəfinin Alyansın missiya və əməliyyatlarında gələcəkdə iştirakını davam etdirməyə hazırlığı ifadə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam