Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Moldova təhlükəsizlik məsələləri ilə bağlı təminat almayıb

 Moldova hakimiyyəti bütün Avropa İttifaqı ölkələri ilə təhlükəsizlik məsələlərini müzakirə edib, lakin hələ də təminat almayıb.

Yenixeber.org: Bunu Moldovanın Prezidenti Maya Sandu ölkənin kənardan silahlı münaqişəyə cəlb olunacağı halda fəaliyyət planının mövcudluğu ilə bağlı sualına cavabında bildirib.

“Mən bütün Avropa İttifaqı ölkələri ilə Moldova belə bir vəziyyətə düşərsə, nə baş verəcəyini müzakirə etmişəm. Hələlik cavab almamışam”, - Sandu bildirib.

2021-ci ildə Moldovada növbədənkənar parlament seçkiləri keçirilib və bu seçkilərdə avropayönlü Fəaliyyət və Həmrəylik Partiyası qalib gəlib. Bu gün partiya, Moldova parlamentinə və hökumətinə nəzarət edir. 2014-cü ildə respublika Avropa İttifaqı ilə Assosiasiya Sazişi imzalayıb, bu ilin martında isə Gürcüstan və Ukrayna ilə birlikdə Aİ-yə üzvlük üçün müraciət edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam