Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

“Hikmət Hacıyev Vaşinqtonda vacib görüşlər keçirib” -Səfir

Bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqtona səfər edib və orada vacib görüşlər keçirib.

Yenixeber.org: Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger bildirib.

O, Hikmət Hacıyevin Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşdüyünü xatırladıb. Diplomatın sözlərinə görə, Hikmət Hacıyev və Ceyk Sallivan digər məsələlərlə yanaşı, regionda sülh prosesini də müzakirə ediblər.

“Biz düşünürük ki, ABŞ normallaşma prosesində önəmli rol oynaya bilər. Biz hazırda Avropa İttifaqının tərəflərlə təmasda uğurlu olduğunu görürük və bunu çox dəstəkləyirik. Onlar tərəflər arasında birbaşa təmasların və görüşlərin baş tutmasında vasitəçilik edir. Liderlər, XİN rəhbərləri və digər səviyyələrdə təmaslar davam edir, sərhədlərin delimitasiyası, regionda kommunikasiyaların açılması məsələləri müzakirə edilir”, - səfir qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam