Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Ombudsman:"Aliment borcunun ödənilməsindən yayınma halları əsas şikayət obyektidir"

 

"Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə uşaqlara qarşı zorakılıq, erkən evlilik halları ilə bağlı yayımlanan məlumatlar operativ qaydada araşdırılır və həmin məsələlərin həlli nəzarətdə saxlanılır".

Yenixeber.org: Bunu Ombudsman Səbinə Əliyeva Azərbaycanda keçirilən “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsman Aparatı və Ədliyyə Nazirliyi tərəfindən “Ailə-nikah münasibətlərinin inkişafı: çağırışlar, islahatlar, perspektivlər” mövzusunda təşkil edilən ictimai müzakirədə deyib.

Aliment borcunun ödənilməsindən yayınma hallarının əsas şikayət obyekti olan hallar sırasında yer aldığını bildirən Ombudsman bununla bağlı illik məruzələrdə verilmiş təkliflər barədə danışıb.

O, həmçinin aidiyyəti qurumlar tərəfindən sosial təhlükəli vəziyyətdə olan ailələrin aşkar edilməsi və zəruri tədbirlərin görülməsinin əhəmiyyətinə toxunaraq, yerli icra hakimiyyəti orqanlarının, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam