Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

Hikmət Hacıyev:“Azərbaycan işğal ilə üzləşdikdə beynəlxalq ictimaiyyət susdu”

 

“Azərbaycan 30 il əvvəl işğal ilə üzləşdikdə beynəlxalq ictimaiyyət susdu”.

Yenixeber.org: Bunu IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal təhlükəsizlik strukturuna və sülh perspektivlərinə təkrar baxış” mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev bildirib.

“Müstəqilliyinin ilk illərində Azərbaycan işğala və etnik təmizləməyə məruz qaldı. Biz Ukraynanın üzləşdiyi çətinlikləri başa düşürük, çünki 30 il əvvəl Azərbaycan da böhranla üzləşmişdi. Həmin vaxt Azərbaycan ədalətli yanaşmaya ümid etsə də, beynəlxalq ictimaiyyət susdu.

Azərbaycana qarşı selektiv yanaşma nümayiş etdirildi. Söhbət Azərbaycandan getdikdə hamı susurdu”, - H.Hacıyev deyib.

O, həmin mürəkkəb zamanda Azərbaycan xalqını dəstəkləmiş və Ermənistan ilə diplomatik münasibətlər qurmamış Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanına öz təşəkkürünü bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam