Ermənilər mobil xidmətdən də məhrum oldu -Qarabağda

Ermənistanın ən böyük mobil xidmət operatoru “Viva-MTS” Qarabağdakı ermənilər üçün xidməti dayandırır.
Yenixeber.org: Bu barədə hazırda Ermənistanda 2 milyon abonentə mobil operator xidmətini göstərən “Viva-MTS” şirkəti məlumat yayıb.
“İyulun 1-dən Qarabağda yaşayan ermənilər yalnız rouminq çərçivəsində mobil operatorun xidmətindən istifadə edə biləcəklər” - “Viva-MTS”in məlumatında qeyd olunur.
“Viva-MTS” rouminq xidmətinin tarifləri barədə əlavə olaraq məlumatın veriləcəyini də qeyd edib. (Mənbə: Mts.am)









AZ
RU