Redaktor seçimi
Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? –
Etibar Pirverdiyevin milyonları:
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi : “Zulu Shipping” və İsmayıl Qasımov -
Kardiologiya İnstitutu niyə inkişaf etmir? –
Şahin Bağırov yeni mənimsəmə metodu kəşf edib?! -
Goranboyda idarəçilik böhranı: Rayon üfunətə qərq edilib
600 MİN DOLLAR, 6 LÜKS AVTOMOBİL VƏ BÖYÜK QALMAQAL! -
Elçin Yusubovun daha bir adamından şikayət var -
Günün xəbəri

AŞPA-nın yay sessiyası keçiriləcək

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvləri AŞPA-nın yay sessiyasında iştirak etmək üçün iyunun 18-dən 26-dək Strasburqda səfərdə olacaqlar.

Yenixeber.org: Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rafael Hüseynov, Nigar Arpadarai, Erkin Qədirli, Kamal Cəfərov, Könül Nurullayeva və Sabir Hacıyev daxildirlər.

Sessiya çərçivəsində iyunun 19-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov komitə sədrlərinin iclasına qatılacaq.

Qurumun yay sessiyasında Daimi Komitə və Büronun görülən işlərlə bağlı hesabatları dinləniləcək, Serbiyada keçirilmiş prezident və erkən parlament seçkilərinin müşahidəsinin nəticələri, Müxtəlifliyin və inklüzivliyin təşviq edilməsində siyasi partiyaların rolu, Avropada antisemitizmin qarşısının alınması və onunla mübarizə, Təhlükəsizlik üçün yeni çağırışlarda Avropa Şurasının rolu, Onlayn kommunikasiyanın tənzimlənməsi: media, informasiya azadlığına və insan ləyaqətinə təhlükə və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Deputatlarımız sessiya çərçivəsində keçiriləcək müzakirələrdə çıxış edəcək, qeyd və təkliflərini bildirəcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam